Koronavirus uzun müddət davam edəcək - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA
- 12-01-2021, 16:20
- Cəmiyyət
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ildə də koronavirus epidemiyasının davam edəcəyini açıqlayıb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, peyvəndlərdən istifadənin artmasına baxmayaraq, bu il virusa qarşı immunitet yaratmaq ehtimalının olduqca az olduğu vurğulanıb.
ÜST-ün əməkdaşı Soumya Svaminathan "koronavirusun yayılmasının qarşısını alacaq qədər peyvəndin hazırlanması və paylanılması çox vaxt aparacaq. Bu il virusun bitəcəyini gözləmək olmaz" deyə bildirib. Onun sözlərinə görə, sosial məsafə gözləmək, maskadan istifadə etmək hələ də ən vacib tədbirlər hesab olunur:
"Virusu tamamilə aradan qaldıran peyvəndlərin hazırlanması üçün kifayət qədər zaman tələb olunur. Onlar hazır olduqdan sonra bütün ölkələrdə tətbiq ediləcək. Ona görə, qaydalara əməl etmək vacibdir".