Peyvənd olmayacaq: tək yol budur – Adil Qeybulla
- 12-08-2020, 08:54
- Cəmiyyət
Koronavirus mutasiya olunduğu üçün bir çox ştamlara malikdir. Bu səbəbdən konkret hansısa peyvəndin ona təsir etməsi real görünmür.
Bunu professor Adil Qeybulla ABŞ-ın baş infeksionisti Entoni Fauçin COVİD-19 peyvəndinin effektli olmayacağı barədə fikirlərinə münasibət bildirərək deyib. O qeyd edib ki, vaksin illuziyasından çəkinmək lazımdır:
“Koronavirusun müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatları əsasında həyata keçirilməlidir. Bu təlimatlarda “Ardibol” və s. kimi antiviral dərmanlar yoxdur. Təcrübə göstərdi ki, hətta “Remdisivir” adlı dərmanın da bu virusa təsiri şübhəlidir. Antibiotiklərin və antiviralların boş-boşuna qəbul edilməsinin heç bir təsiri yoxdur. Xəstələr qətiyyən özbaşına müalicə qəbul etməməlidir. Konkret peyvənd də bu virusa təsir etməyəcək. Virus mutasiya olunduğu üçün o qədər ştamlara malikdir ki, konkret peyvəndin buna təsir etməsi real görünmür. İkinci tərəfdən peyvənd ortaya çıxıb, sınaqdan keçirilib insanlarda tətbiq ediləndən sonra onun hansı effekti verməsi də sual altındadır. Məsələn, RNT daşıyan virusların demək olar ki, əksəriyyətinin peyvəndi yoxdur. Bundan başqa, qripin özünün də indiyə qədər normal bir vaksini tapılmayıb. Hər il bir ştam peyda olur və ona qarşı olan vaksin də demək olar ki, effekt vermir. Bu baxımdan vaksin illuziyasından çəkinmək lazımdır. Hesab edirəm ki, vaksin ortaya çıxana kimi virus yox olacaq. Virusun bu ştamının konkret olaraq uzun müddət mövcud olması mümkün deyil. Hər halda elmi proqnozlar bunu deyir. Bu səbəbdən insanların özünü qoruma tədbirlərinə üstünlük verməsi daha məqsədəuyğundur”.
Qeyd edək ki, ABŞ-ın baş infeksionisti Entoni Fauçi COVİD-19 peyvəndinin 60 faiz effektli ola biləcəyini bildirib.