Bakıda “Toyota Prado” yol polisini öldürdü
- 4-02-2020, 11:42
- Hadisə
Yol kənarında dayanan ÇPA əməkdaşını vurub öldürən maşın başqa piyadaya da dəyib
Daxili İşlər Nazirliyi Bakıda baş verən yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 3-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Ömərov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolun kənarında dayanan, həmin ərazidə xidmət edən DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı N.Məhərrəmovu vurub və idarəetməni itirdiyindən avtomobil Bakı şəhər sakini P.İsmayılovaya dəyib.
Nəticədə polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb, P.İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.