azadses.az » Manset » DİN-dən sərt xəbərdarlıq: Nərminin qətli ilə bağlı ara söhbətlərini tirajlayanlar cəzalandırılacaq

DİN-dən sərt xəbərdarlıq: Nərminin qətli ilə bağlı ara söhbətlərini tirajlayanlar cəzalandırılacaq

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki  Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb. 
Bununla bağlı qurumun mətbuat xidməti məlumat yayıb. 
O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq, istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar. Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixaloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm  “KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir. 
Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyülərinin məhsulu olan uydurma məlumatları, şaiyələri ictimailəşdirənlərə həm tövsiyə, həm də   xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəli qanunsuz əməllərdən çəkinsinlər.
Eyni zamanda daxili işlər orqanlarının işgüzar imicinə, nüfuzuna, onun cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat-istintaq fəaliyyətinə xələl gətirən, mane olan dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiyələrdən, əsassız və uydurma xəbərlərdən istifadə etməsinlər. Əks təqdirdə belə yazıların, xəbərlərin müəlliflərinə və onları yayan KİV vasitələrinə qarşı hüquq müstəvisində, qanunvericiliyin tələblərinə uyğun bütün lazımi tədbirlər görüləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəkidə qadını avtomobil vuraraq öldürüb
  2. Bakıda 23 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb
  3. Xəzər rayonunda 23 yaşlı gənc yol qəzasında xəsarət alıb
  4. Sumqayıtda zavodda yanğının söndürülməsi zamanı FHN əməkdaşı xəsarət alıb
  5. Bakıda 12 yaşlı piyadanı avtomobil vurub
  6. Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub
  7. Nəsimi rayonunda yol qəzası olub, xəsarət alan var
  8. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  9. Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar
  10. Bakıda gənc sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Bu barədə Ətraflı
Bu gün 1 274 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 274 namizəd rezidenturaya imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb