Deputat: "Xalqı çaşdıran radikal müxalifətdir, boş-boş danışırlar"
- 12-02-2021, 09:17
- Cəmiyyət
“Azərbaycanda hazırda peyvəndləmə prosesi həyata keçirilir. Deyirlər, biri vaksin vurdurub, guya komaya düşüb, başqa birisi ölüb... Özüm də, ailə üzvlərim də peyvənd olunub. Həkimdən soruşdum ki, komaya düşən olubmu? Dedi, belə bir fakt qeydə alınmayıb”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat bildirib ki, peyvəndin təhlükəsi yoxdur: “Özümüz də istifadə etmişik. Hər şey qaydasındadır, hər gün də işə çıxıram. İnsanları aldadırlar, iynə vurdurmağa da qorxudurlar. Belə məlumatları yayanlar Azərbaycan xalqını sevməyən insanlardır. Peyvənd sağlamlığın qorunması üçün önəmli vasitədir. Rusiyanın istehsal etdiyi peyvəndi tərifləməklə məşğuldurlar. Təsəvvür edin, Rusiya ilin sonuna 1 milyard vaksin hazırlayacaq. 140 milyon əhalisi olan ölkədə vətəndaşlar iki dəfə peyvənd olunarsa, 340 milyon edir. Bəs 660 milyon peyvəndi nəyə istifadə edəcəklər? Təbii ki, satmalıdırlar. Xalqı çaşdıran radikal müxalifətdir, boş-boş danışırlar. Elə bilirdik, düşmənimiz təkcə ermənilərdir, içərimizdə olan düşmənlər də bizə bəs edir... Xalqın qanını içirlər, şər atırlar. Ən pisi də odur ki, söyüş ritorikasından istifadə edirlər. Biz onlara o tərzdə cavab verə bilmərik axı. O şəxslərin səviyyəsinə enməməliyik”.