Vaksin vurulandan sonra bizi nə gözləyir? - HƏKİM AÇIQLADI...
- 18-01-2021, 12:40
- Cəmiyyət
“Vaksinasiya ilə bağlı hansısa şübhə yaradacaq bir məqam yoxdur. İnsanlar rahat şəkildə vaksin vurdura bilərlər”.
Bu sözləri həkim-radioloq Aydın Əliyev bu gündən ölkədə vaksinasiya prosesinin başlaması haqda danışarkən deyib. O, Azərbaycanda tətbiq olunan Çin vaksininin sınaqdan keçmiş etibarlı vaksin olduğunu bildirib:
“İnsanlar vaksinlə bağlı heç bir narahatlıq keçirməsin. Əgər şəxsdə yüksək alergiya, son bir-iki ildə orqan köçürülməsi və digər ağır xəstəliklər yoxdursa, rahatlıqla vaksin vurdura bilər. Həmçinin, bizdə sınaqdan keçirilmiş Çin vaksinindən istifadə ediləcək. Bu vaksinlər digərlərinə nisbətən daha effektlidir. İnsanlar düşünmədən, tərəddüd etmədən peyvənd oluna bilər. Ortaya belə şübhə atanların heç bir dəlili yoxdur”.
A.Əliyev bu gün onlara da peyvənd vurulacağını bildirib.
Redaktor.az