Peyvənddən sonra maska taxmağa ehtiyac var?
- 10-01-2021, 16:12
- Cəmiyyət
Maska taxmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etmək… Bu vacib amillər yenə də öz aktuallığını qoruyur. Lakin indi vaksinlər vasitəsi ilə Covid-19 virusunun qarşısını bir az da olsa almağın mümkünlüyü vurğulanır. Peyvənd hazırkı dövrdə ən vacib amillərdən biri olsa da, o hər şeyi birdən sağaltmaq gücünə malik deyil.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, vaksin bədənə vurulduqdan dərhal sonra immunitet əldə edilmir, yaxud da hər kəs eyni vaxtda peyvənd olunmayacaq. Buna görə həssas qruplara daxil olan insanlar belə vaksinasiya edildikdən sonar da maska taxmağa davam etməlidir.
Mütəxəssislər peyvənddən sonra da maska taxmağın niyə vacib olduğunu vaksinin orqanizmdə gec immunitet yaratması ilə əlaqələndirirlər. Bu, hətta bədənə 95 % yaxşı təsir edən peyvəndlərə də aiddir.
Ola bilər ki bədəndə immunitet vaksin vurulduqdan aylar sonra yaransın. Buna görə də, peyvənd olunsaq da maska taxmalıyıq. Vaksinasiya ediləcək insanların da ikinci dəfə virusa yoluxub, yaxud da yoluxdurmayacağı da hələ sual altındadır.
Peyvəndi 3-4 həftə ara ilə iki dəfə vurdurmaq lazımdır. İlk 28 günə qədər immunitetə sahib olmaq mümkün olmur.
Maskadan istifadə etməyimiz həmin vaxt əhalinin nə qədərinin də vaksinasiya ediləcəyi ilə də bağlıdır.
Ümumiyyətlə mütəxəssislər peyvənd olunsaz belə, pandemiya bitənədək maska taxmağın vacibliyini irəli sürür.