Qarabağda ilkin olaraq kimlər və nə vaxt məskunlaşdırılacaq? - RƏSMİ AÇIQLAMA
“Yalnız Vətən Müharibəsi dövründə deyil, 30 il ərzində ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş ziyanın müəyyənləşdirilməsi labüddür”.
Oxu.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, işğal altında olan ərazilər tam olaraq dağıdılıb, bütün infrastruktur yerlə-yeksan edilib, ərazilərin böyük hissəsi minalanıb:
“Növbəti addım həmin əraziləri həm minalardan, həm partlamamış sursatlardan, radioaktiv kimyəvi maddələrdən təmizləməkdir. Bundan sonra bərpa-quruculuq işləri həyata keçiriləcək. Bu işlər bitdikdən sonra məcburi köçkün və qaçqınların qayıdışından danışa bilərik. Bu mərhələdə qayıdışla bağlı dəqiq vaxt demək mümkün deyil”.
O qeyd edib ki, ilkin mərhələdə üstünlük Qarabağdan olan məcburi köçkün və qaçqın statusuna malik olan şəxslərin doğma torpaqlarına qayıtmasına veriləcək:
“Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşı Qarabağdakı şəhər və rayonlarda mülkiyyət əldə etmək hüququna əsasən gedib yaşaya bilər”.
“Böyük qayıdış konsepsiyasının da əsas məqsədi tədricən, mərhələli şəkildə doğma torpaqlarda daimi məskunlaşma yerlərinə qayıdışı təhlükəsiz və layiqli şəkildə yerinə yetirməkdir”, - deyə sədr müavini əlavə edib.