azadses.az » Manset » "Azəriqaz" vətəndaşlara XƏBƏRDARLIQ edib

"Azəriqaz" vətəndaşlara XƏBƏRDARLIQ edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ödədiyi 6 005 ailə üzrə yaranan 5 696 937 manat məbləğində borc da daxildir. Digər borclu abunəçilərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.
Eyni zamanda, fərdi hesablardan əlavə yataqxanalarda və yaxud məcburi köçkün abonentlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə cavab verən yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 01.11.2020-ci il tarixinə 1 164 709 manat borc yaranıb.
Məlumdur ki, təbii qazla təmin olunan müəssisələrdə yaranmış borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması "Azəriqaz"ın maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarının tələbinə əsasən, istehlakçının istifadə etdiyi təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir.
Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması nəzərdə tutulub.
Eyni zamanda, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin mərhələli şəkildə qaz təchizatının dayandırılması da gözlənilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?