azadses.az » Cəmiyyət » Məcburi köçkünlərə şad xəbər

Məcburi köçkünlərə şad xəbər

İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi davam etdirilir. Hazırda Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd və Ağdam istiqamətində əməliyyat –axtarış tədbirləri aparırıq.
 
Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.
 
İ.İsmayılov deyib ki, əməliyyatlara ANAMA-nın 200 nəfərə yaxın əməkdaşı cəlb edilib.
 
O ki qaldı yerli sakinlərin doğma torpaqlarına nə vaxt qayıdacaqları ehtimalına, İ.İsmayılov deyib ki, bu proses çox uzun çəkməyəcək.
 
İ.İsmayılov hesab edir ki, məcburi köçkünlərin geri dönəcəkləri vaxt çox da uzaqda deyil. O, Aprel döyüşlərindən sonrakı vəziyyəti xatırladaraq fikrini belə davam etdirib: "Bizə tez-tez belə suallar verilir. İnsanların vaxtla bağlı narahatlıqlarını başa düşürük. Çünki onlar 30 ilə yaxındır ki, öz ata-baba yurdlarına qayıdacaqları günü həsrətlə gözləyiblər. Lakin mən xatırladım ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən azad ediləndə Azərbaycan Silahlı Qüvvələrindən sonra əraziyə ikinci daxil olan ANAMA-nın əməkdaşları oldu. Həmin ərazilərin təmizlənməsi həyata keçirildi. İlkin mərhələdə 7,12 km Horadiz-Cocuq Mərcanlı avtomobil yolu təmizləndi və 11 ədəd mina və partlamamış hərbi sursat aşkar edildi. İkinci mərhələdə Cocuq Mərcanlıda 150 evin təmizlənməsi həyata keçirildi. Bu əməliyyat-axtarış tədbirləri 41 gün davam etdi və tam olaraq yekunlaşdı. Biz ərazini yerli icra qurumu və tikinti işləri aparacaq şirkətlərə təhvil verdik. Bundan sonra isə biz dörd aya yaxın əkin və otlaq sahələrində işlədik və heç kim bunu hiss etmədi. Beləliklə, biz altı ay ərzində kənd ərazisini təmizlədik. Amma bu o demək deyil idi ki, insanların ora qayıdışı 6 ay sonra oldu. Çünki 41 gündən sonra ərazidə infrastrukturun qurulmasına başlanıldı. İndi isə işğaldan azad olunmuş ərazilərin təmizlənməsi işinin 5-10 il vaxt aparacağı deyilir. Amma bu o demək deyil ki, insanların həmin ərazilərə qayıdışı 5-10 ildən sonra olacaq. Təbii ki, yox. Qısa zamanda yaşayış məntəqələri təmizlənəcək və yerli sakinlərin ixtiyarına veriləcək. Ya da ki, icra orqanlarına təhvil veriləcək ki, orada bərpa işləri aparsınlar. Biz isə bu prosesdən sonra əkin yerləri, otlaq sahələri, dağlıq ərazilər, əvvəllər ən hündürdə yerləşmiş düşmən postlarının ərazisini və s. yerləri təmizləyəcəyik. Düzdür, ümumi təmizləmə uzun müddət aparacaq, lakin insanların geri qayıdışı uzun vaxt aparmayacaq. Odur ki, bu istiqamətdə planlaşdırma, əməliyyat-axtarış tədbirlərimiz davam etməkdədir”.Pravda.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"