Ağdamın deputatı rayondakı vəziyyətdən DANIŞDI
- 23-11-2020, 12:35
- Cəmiyyət
Noyabrın 20-də Ağdam şəhəri işğaldan azad edilib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, əslən Ağdamdan olan deputat Bəxtiyar Əliyev açıqlamasında ağdamlıların yüksək əhval-ruhiyyədə olduqlarını bildirib.
Deputat Ağdamın bu gün çox rahat olduğunu söyləyib:
“Çünki 30 ilə yaxın işğal altında olan Ağdam yağı tapdağından azad edildi. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə keçmiş məcburi köçkünlər və biz dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, qəhrəman əsgər və zabitlərimizə də təşəkkür edirik. Bu gün Ağdam çox rahatdı. Birinci Qarabağ müharibəsində Ağdam uğrunda 6000-ə yaxın şəhid vermişik. İndi o şəhidlərin də ruhu şaddır. Onlar torpaq və onun azadlığı uğrunda vuruşmuşdular”.
Bəxtiyar Əliyev hər bir ağdamlının geri qayıtması barədə də danışıb:
“Ağdamda quruculuq işləri davam edir və hər bir ağdamlı tezliklə həmin yerlərə qayıtmağa hazrlaşır. Azərbaycan sürətlə inkişaf edir. Ağdamın işğal altında olmayan hissələrində ötən müddət ərzində 18 yeni qəsəbə salınıb. Təxminən 70 mindən çox ağdamlı həmin qəsəbələrə köçüb. Qarşıda bir amal və məqsəd var. Əvvəlki Ağdamın əzəmətini və möhtəşəmliyini özünə qaytarmaqla, zəhmətkeş ağdamlılar yenə də öz işlərinə davam etmək əzmindədirlər”.
Ağdamlı deputat bundan sonra məcburi köçkün rayonunun deputatı olmayacağını bu cür ifadə edib:
“Bununla bağlı bir məsələni qeyd etmək istərdim. Prezident İlham Əliyev birinci dəfə dövlət başçısı seçilərkən söz vermişdi ki, onun dövrümdə bir dənə də olsun çadır şəhərciyi və vaqon qalmayacaq. Məcburi köçkünlərimiz yeni evlərə köçürüləcək. Sonrakı mərhələdə o, söz vermişdi ki, tikilən yeni və gözəl binaların hamısı müvəqqətidir. Ölkə başçımız demişdi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik və öz vətəndaşlarımıza daha gözəl şəhərlər və qəsəbələr tikəcəyik.
Çox qürurlu haldır ki biz artıq bunun şahidi olduq. Məcburi köçkünlərin hamısı hər zaman buna inanırdılar və prezidentin ətrafında sıx birləşmişdilər. Bu, əlbəttə qürurvericidir. Hər bir azərbaycanlı başını dik tutub qürurla gəzə bilər ki, biz müstəqil və ali bir dövlətik. Mənfur düşmənləri məğlub etmişik və qələbə çalmışıq. Bizim haqq işimiz qələbə çalıb”.