Səttar Möhbalıyev: “Deputata məxsus sanatoriyaların pəncərələrini, döşəmələrini söküb aparırlar”
- 6-08-2020, 11:26
- Cəmiyyət
“Naxçıvana 1 milyon 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu, ayrılmasa, ondan yaxşı idi”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib.
O, sədri olduğu Konfederasiyaya 20 ildir ki, dövlət büdcəsindən pul ayrılmamasından da şikayətlənib.
“Halbuki bizim də xərclərimiz var, sanatoriyalarımız var. İnsanlar həmin sanatoriyalara gəlirlər, dincəlirlər, sonra da pəncərələri, döşəməni, boruları söküb gedirlər”, - deyə S.Möhbalıyev əlavə edib.
Millət vəkili Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini də tənqid edib:
“Qaçqınkom”a pul verilir, o vəsaitdən bizə də pay düşür. Amma “Qaçqınkom” həmin vəsaiti bizə vermir, bu məsələ araşdırılmalıdır”.