Köçürülmədən sonra Bakıdakı mənzillər kimlərə veriləcək?
- 28-11-2020, 14:26
- Cəmiyyət
Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. İşğaldan azad olunmuş rayon və şəhərlərdə yaşayış üçün bütün infrastruktur qurulduqdan sonra məcburi köçkün ailələrinin öz doğma dədə-baba yurdlarına köçürülməsi başlanacaq. Bu gün təklif olunan məsələlərdən biri də Bakıda və digər bölgələrdə dövlət tərəfidən məcburi köçkünlər üçün tikilmiş evlərin 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərin ailələrinə və qazilərimizə verilməsidir. Məcburi köçkünlərin köçürülməsi zamanı boşaldılan evlər şəhid ailələrinə və qazilərə verilə bilərmi?
''Azad Səs'' Pravda az-a istinadən xəbər verir ki, Deputat Ramil Həsən bildirib ki, burada çox böyük bir əhalinin say tərkibindən söhbət gedir:
"Hər birimiz çox gözəl bilirik ki, vaxtı ilə 750 minə yaxın insan Qarabağın ətrafında yaşayıb və oradan məcburi köçkün kimi geri qayıdıblar. Nəzərə alsaq ki, 140 min əhalisi olan Ağdamın,indi 200 minə yaxın əhalisi var. Eləcə 750 min vətəndaşımızın sayı da bəlkə də 1 milyona çatıb. Cənab prezident keçən dəfə bəyanatında bildirdi ki, əhalinin köçürülməsi məsələsi heç də asan deyil.
Hər il təxminən 15 min əhalinin köçürülməsi nəzərdə tutulur. İnfrstrukturun qurulması, vətəndaşlarımızın evlərlə, lazım olan müəssisələrlə təmin edilməsi, yəni məktəb, iş yerləri, baxça, kənd təsərrüfatı və bu kimi yaşayış üçün vacib olunan məsələlər həll olunduqdan sonra insanlarımızın oraya köçürülməsi başlayacaq.
Elə proseslər çərçivəsində boşalcaq evlərin hansı istqamətdə istifadə olunması məsələsi əsas predment kimi ortaya çıxacaq.
İkinci Vətən müharibəsi dövründə şəhid və qazi olan əsgərlərimiz var. Həmin şəxslərin ailələrinin ev şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin sosial layihələri var.Düşünürəm ki, köçürülmə dövründə bu evlər boşaldıqdan sora dövlətin müvafiq orqanları müəyyən addımlar ataraq həmin imtiyazdan olan, vətən uğrunda döyüşərək şəhid və qazi olanların ailələrini diqqətdə saxlayacaq".Sonxəbər