azadses.az » Manset » Bu jurnalistlərin deputatlığa namizədliyi təsdiqləndi - FOTOLAR

Bu jurnalistlərin deputatlığa namizədliyi təsdiqləndi - FOTOLAR

9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün  seçki marafonuna qoşulan daha iki jurnalistin namizədliyi qeydə alınıb.Azadsəs-in malumatına görə, Qənirə Paşayevanın  namizədliyi 105 saylı Tovuz Dairə Seçki Komissiyası  tərəfindən qeydə alınıb.Bu barədə açıqlama verən Q.Paşayeva bildirib ki, artıq qeydə alınmış namizəd kimi növbəti mərhələ üçün hazırlaşır.35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun da namizədliyi qeydə alınıb.Bu barədə sosial şəbəkə hesabanında paylaşım edən Rauf Arifoğlu əməyi keçənlərə təşəkkür edib."Kaspi" qəzetinin jurnalisti Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb.R.İsmayılov "Feysbuk" profilində daha bir mərhələni uğurla keçdiyini yazıb:

"Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərəkdir. Hər bir halda Vətənə, dövlətə, xalqa, millətə xeyirli-uğurlu olsun! Digər namizədlərə də uğurlar arzulayıram!".Jurnalist Zaur Əhmədin namizədliyi isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən təsdiqlənib. 
Zaur Əhməd sosial şəbəkə hesabında qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub: "Bu prosesdə dəstək olan dostlara, qohumlara, hətta tanımadığım insanlara, mənə dəstək verən keçmiş döyüşçülərə, qazilərə, Cəbrayılın ağsaqqallarına təşəkkür edirəm. Onlar bu günə kimi haqqın, ədalətin, millətin yanında olduğumu əsas gətirərək mənə dəstək olacaqlarını bəyan etdilər.

Hər qapıda, hər evdə şəhid övladı olduğumu biləndə daha sıcaq münasibət göstərdilər, şəhid əmanətinə sahib çıxacaqlarını açıq şəkildə göstərdilər. Qürur duydum millətimlə, camaatımla. İmza verən, yanımda olduğunu deyən hər kəs var olsun...

Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram".Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd olub.

"Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq".
"İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gəlməyə çalışacam. Təbrik etmək istəyənlər etsin, etməyənlərin canı sağ olsun",- deyə L.Ələşrəfqızı bildirib.
 Namizədliyi qeydə alınanlardan biri də jurnalist Kəramət Böyükçöldür. Kəramət Böyükçöl 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olub. Jurnalist Tural Turanın da növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb. Tural Turanın namizədliyi 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasın tərəfindən təsdiqlənib.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”