azadses.az » Siyasət » Milli Şura gözlənilən erkən parlament seçkilərilə bağlı bəyanat yayıb

Milli Şura gözlənilən erkən parlament seçkilərilə bağlı bəyanat yayıb

Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası növbədənkənar toplantı keçirib və müzakirələrin sonunda bəyanat qəbul edib. Bəyanatda deyilir: 28 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə mövcud parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ölkə başçısına müraciət imzalamağı tövsiyə edən qərar qəbul edib və YAP-çı deputatlar artıq belə bir müraciətə imza atıblar. Beləliklə, gözlənilir ki, yaxın aylarda ölkədə erkən parlament seçkiləri keçiriləcək. Gözlənilən yeni seçkilər elə bir dövrə təsadüf edir ki, ölkədə çox ciddi sosial, siyasi gərginlik var, hakimiyyət qollarının heç biri legitim deyil. İndiyədək keçirilmiş bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar demokratik olmayıb, xalqın iradəsini əks etdirmir və xalq etimadına malik deyil, bu da əlavə siyasi böhran yaradır. Azərbaycan xalqı hakimiyyətin getdikcə bir əldə cəmləşməsi ilə barışmaq istəmir.  Erkən parlament seçkiləri ilə bağlı belə ehtimallar var ki, məqsəd demokratikləşmə və islahatlar yox, hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək, cəmiyyəti və müxalifəti qəfil yaxalayıb seçkiləri daha asan saxtalaşdırmaqdır. Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır. Lakin bununla yanaşı hesab edir ki, nəzərdə tutulan erkən seçkini cəmiyyət üçün müsbət hadisəyə çevirmək şansı da var.  Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır. Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun. Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa ianm və ümid yarada bilən seçkilərdə iştiraka hazır və qalib gəlmək iddiasındadır. Bunun üçün Milli Şura bu tədbirlərin həyata keçirilməsini zəruri sayır: - Seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmalıdır; - Namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı); - Bərabər təbliğat imkanları, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır; - Sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməlidir; - Seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir; - Seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır; - Siyasi məhbuslar azad edilməlidir. Milli Şura bildirir ki, bu tədbirlərin həyata keçirilməsi üçün vaxt da var və bunlar edilmədən yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Ona görə də hakimiyyət təcili qaydada bu minimum islahatları həyata keçirməlidir. Bu tədbirlər həyata keçiriləcəyi təqdirdə Milli Şura seçkilərdə iştirak edəcək. Milli Şura ölkənin bütün müxalifət qüvvələrini və bütövlükdə Azərbaycan xalqını seçki islahatı ilə bağlı bu tələbləri müdafiə etməyə çağırır. Bu tədbirlər həyata kiçirilməsə və ölkədə minimal seçki mühiti yaradılmasa, məlum olacaq ki, hakimiyyətin niyyəti daha bir seçkini xalqdan oğurlamaq və yenidən parlamenti zəbt etməkdir. Bu halda Milli Şura təbii ki, nəticəsi əvvəlcədən bilinən prosesdə iştirak etməyəcək və seçkiləri boykot edəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?