İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb
- 8-12-2019, 15:55
- Siyasət
İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb.
Azadsəs APA-ya istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
İranda parlament seçkiləri 2020-ci il fevralın 21-də keçiriləcək. Ölkədə namizədlərin qeydiyyatına dekabrın 1-də start verilib, proses dekabrın 7-də başa çatacaq. Parlament seçkiləri üzrə qərargahın rəhbərinin müavini Camal Aref namizədlərin sayının 16 min nəfəri ötəcəyini istisna etməyib.Namizədliyi qeydə alınanların 88 faizi kişi, 12 faizi qadındır.