azadses.az » Siyasət » Fransalı tarixçi: "Avroparlamentarilər Azərbaycan əleyhinə qətnaməyə səs verməklə Avropanın maraqlarına qarşı çıxıblar"

Fransalı tarixçi: "Avroparlamentarilər Azərbaycan əleyhinə qətnaməyə səs verməklə Avropanın maraqlarına qarşı çıxıblar"

"Avropalı deputatların əksəriyyəti Azərbaycan əleyhinə qətnaməyə səs verməklə birbaşa Avropanın maraqlarına qarşı çıxıblar. Bu, böyük bir səhvdir, həmin addımı məhz belə qınamaq lazımdır".

Bu fikirləri "Report"a açıqlamasında fransalı tarixçi, politoloq Maksim Quen deyib.

O, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra baş verənləri 1921 və 1939-cu illərdə Türkiyədə baş verən hadisələrə bənzədib:

"Ötən ay baş verənlər 1921-ci ilin sonunda Çukurova (Adana bölgəsi) və 1939-cu ilin ortalarında Hatayda baş verənlərə çox oxşardır. 1921-ci ilin sonlarında Fransa ordusu Türkiyənin cənubunu tərk etdi, lakin Çukurova ermənilərinin 99 faizi (bəziləri türklərə nifrətlə, digərləri isə öz millətçilərinin əmrlərinə tabe olaraq və bir neçə dəfə həmin millətçilərin fiziki təhdidlərinə məruz qalaraq) ərazidən qaçdılar. Baxmayaraq ki, kamalistlər (Mustafa Kamal Atatürkün qüvvələri - red.) və fransız səlahiyyətliləri bunun əleyhinə böyük səy göstərmişdilər. Burada məqsəd türklərlə ermənilərin birgə yaşaya bilməyəcəyini “sübut etmək” və anqlo-sakson müdaxiləsini təhrik etmək idi. 1939-cu ildə türklər Hatayı geri alanda da buna bənzər bir ssenari vardı, ancaq bu dəfə məqsəd birgəyaşayışı əngəlləməklə yanaşı, nasist Almaniyası və faşist İtaliyasına qarşı Yunanıstan və Rumıniyanın dəstəklədiyi İngiltərə-Fransa-Türkiyə blokunun da qarşısını almaq idi. Lakin məqsədə çatılmadı, 1939-cu ilin oktyabrında İngiltərə-Fransa-Türkiyə ittifaqı faktiki olaraq yarandı və Yunanıstan onu dəstəklədi. Berlinin tam razılığı ilə faşist İtaliyasının agentləri millətçi ermənilərlə birlikdə mühacirətə getdilər".

M.Quen bildirib ki, ötən ay Qarabağın erməni sakinlərinin bölgədən könüllü çıxması erməni hərbi cinayətkarları ilə səhv salınmaq qorxusundan yarandı: "Bu həmçinin “azərbaycanlılar bizi öldürəcək” təbliğatı və separatçıların Qarabağın erməni sakinlərinə getməklə bağlı verdikləri əmrin nəticəsi idi".

Ekspert vurğulayıb ki, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini tam şəkildə yeniləməlidir:

"Qarabağda baş verən proseslər beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmalı, bunun üçün də ünsiyyət bacarıqları inkişaf etdirilməlidir. Bir sözlə, keyfiyyət və kəmiyyət artırılmalıdır. Yalnız Avropa Parlamentini intellektual səviyyəsinin aşağı düşməsi barədə günahlandırmaq səhv olardı. Təbliğat, düzgün informasiyanı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daha çox peşəkar işə götürülməli, Azərbaycan və türk diasporuna daha çox müraciət edilməlidir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?