azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Fransa Senatının bu sərsəm qərarı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dəstək verməkdir"

Mirsamir Məmmədov: "Fransa Senatının bu sərsəm qərarı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dəstək verməkdir"

Fransa Senatı ermənilərin istəyilə Azərbaycana qarşı ciddi təzyiq vasitəsi kimi bu sərsəm və heçbir hüquqa söykənməyən qərarı çıxararaq beynəlxalq hüququ pozdu. Senat bu addımı ilə BMT Təhlükəsizlik Şurasına qarşı çıxdı. Çünki Fransa özü böyük şeytandır və işğalçıdır‚ müstəmləkəçidir. Bu‚ əsrlər boyu belə olub və belə davam edib.. Bunu mətbuata açıqlamasında Fransa Senatının qəbul etdiyi anti-Azərbaycan qətnaməsindən‚ qondarma DQR-nın müstəqilliyini tanıyan qərar qəbul etməsindən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚  Fransa tarix boyu işğalçı ölkə olub. Fransa hələ yüzillər öncədən indiyə Planetin bir çox yerində qanlar töküb‚ günahsız insan qanı axıdıb‚ kütləvi qətliamlar törədib‚ soyqırımlar həyata keçirib. Açıb bütün tarix kitablarına‚ dünya Ensiklopediyasına və bütün tarixi mənbələrə baxılsa‚ görünəcək ki‚ Fransa birmənalı olaraq işğalçıdır‚ imperialistdir‚ qarətçidir‚ müstəmləkəçidir və istismarçıdır. Fransa öz sərhədlərindən çox-çox uzaqlardan etdiyi qarətlərlə‚ istismarlarla öz dövlətini qurub və iqtisadiyyatını gücləndirib.  Bu‚ məsələnin ümumi tərəfi. Keçək əsas və xüsusi məsələyə‚ Fransa Senatının Rəyasət heyyətinin qondarma Dağlıq Qarbağ rejiminin müstəqilliyini yekdilliklə tanıyıb qərar qəbul etməsi beynəlxalq hüququn kobud və qorxunc formada pozuntusudur. Fransa Senatı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin əleyhinə qərar çıxartmış oldu.  Fransa Senatının qəbul etdiyi bu sərsəm qərar  birbaşa Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyü əleyhinə olan aktdır. Bu isə Azərbaycana qarşı düşmənçilik faktıdır. Azərbaycan BMT-yə bu torpaqlarla daxil olub. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü məhz bu gün ermənistanın tərk etməli olduğu torpaqlar və səhədlərlə tanıyıb. Hələ 28 il öncə  1992-ci ildə BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi bütün Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi və Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün 4 qətnamə qəbul edib və ermənistanı işğalçı ölkə olaraq tanıyıb. Bu isə o deməkdir ki‚ Qarabağ və bütün ərazilər Azərbaycana məxsusdur. Qondarma Dağlıq Qarabağ separatçı rejiminin müstəqilliyini tanımağa çalışan hər kəs beynəlxalq hüququ pozmuş sayılır və bu hal isə‚ birmənalı olaraq başqa bir ölkənin ərazi bütövlüyünə təhdid və müdaxilə etmək cəhdidir. Bu hal özü beynəlxalq diplomatik cinayətdir. BMT Nizamnaməsinə əsasən bir ölkənin başqa bir ölkənin ərazi bütövlüyünə təhdid yaradan addım atması və  hər hansı bir dövlətin ərazisinin işğalı və ya başqa dövlət tərəfindən işğal edilməsinə haqq qazandırılması qətiyyən qəbul edilməzdir və beynəlxalq hüququn pozulmasıdır. Bunu edən birmənalı olaraq beynəlxalq qanunlarla məsuliyyət daşıyır. Bu gün Fransa Senatının qəbul etdiyi qərar cinayətə və işğala haqq qazandırmaqdır və bu halın özü beynəlxalq cinayətdir. Fransa Senatı bu ermənipərəst davranışı ilə ermənidən artıq ermənilik etmiş oldu. Fransa ermənilərin tərk etdiyi Azərbaycan torpaqlarının təkrar ermənistana birləşdirilməsinə çalışır.  44 günlük müharibə boyu Fransa ermənilərə əlindən gələn dəstəyi göstərdi‚ ermənilərə hər cür silah‚ sursat və texnika ilə yardım etdi. Fransa bu 44 günlük müharibədə Azərbaycana və Türkiyəyə qarşı əlindən gələn təxribatı törətdi‚ kəskin aqressiya göstərdi. Hər zaman dişlərini bizə qarşı qıcadı‚ erməniləri var qüvvəsilə müdafiə etməyə və qorumağa çalışdı. Amma bütün bu təxribatlara və ermənilərə dəstək edilməsinə baxmayaraq hərb meydanında biabrçı məğlubiyyətə uğradılar. Fransa bu biabrçı məğlubiyyətdən sonra bu təxribatı törətdi‚ beynəlxalq hüququ pozaraq bir ölkənin ərazi bütövlüyü əlayhinə qərar qəbul edərək‚ işğala və hərbi təcavüzə‚ terrora və vandalizmə haqq qazandırdı. ASALA terror təşkilatının bəsləndiyi yerdir Fransa və Paris. ASALA-nın bir çox silah anbarı məhz Fransada yerləşir. Bu günümüzdə isə Fransa qondarma Dağlıq Qarabağ separatçı rejiminin müstəqilliyini tanıyaraq beynəlxalq bir təxribat törətdi. Əlbəttə ki‚ dünya Fransadan ibarət deyil‚ Azərbaycanın ərazi bütövlüyü beynəlxalq qanunlarla‚ beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və ermənipərəst qüvvələr nə qədər çalışsalar da‚ bu reallığı heçbir zaman dəyişə bilməzlər. Biz‚ BMT-yə məhz bu ərazilərlə daxil olmuşuq. Azərbaycan sərhədləri və ərazi bütövlüyü BMT-də təsdiqlənib və bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü bu torpaqlarla birlikdə tanıyıb. Fransa isə bütün dünyanın əksinə getməyə çalışdı. Hər nə qədər ki‚ gec deyil‚ Fransa hökuməti və Fransa prezidenti Senatın bu sərsəm qərarına yenidən baxmalı və bu sərsən ermənipərəst anti-Azərbaycan qətnaməsi dərhal ləğv edilməlidir. Onsuz da Fransa Senatının bu sərsəm və gülünc doğuran‚ heçbir hüquqa və arqumentə söykənməyən‚ beynəlxalq hüquq əleyhinə olan təxribat xarakterli qanunsuz qərarı Beynəlxalq müstəvidə və dünya birliyində heçbir əhəmiyyət kəsb etmir və heçbir rol oynaya bilməz. Fransa Senatı bu qərarla özünü bir daha nüfuzdan saldı. Bütün dünya gördü ki‚ Fransa bir erməni dövlətidir və  erməni lobbisinin sifarişi ilə Makron hökuməti ermənilərin xeyrinə bu sərsəm və mənasız qərarı qəbul etdi. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?