azadses.az » Dünya » Avropalı ravvinlər Ermənistanı Holokostdan təbliğat kimi istifadəni dayandırmağa çağırıblar

Avropalı ravvinlər Ermənistanı Holokostdan təbliğat kimi istifadəni dayandırmağa çağırıblar

Avropalı ravvinlər Ermənistan hökumətinin Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibətini yəhudilərin üzləşdiyi Holokostla müqayisə etməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana məktub ünvanlayıb.

“Report” xəbər verir ki, məktubu Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan 50 ravvin imzalayıb.

Onlar hər hansı siyasi məqsədlərə nail olmaq naminə erməni təbliğatının Holokost mövzusundan istifadəsinə dərhal son qoyulmasını tələb ediblər.

“İkinci Dünya müharibəsi zamanı yəhudi xalqı təqiblərə, işgəncələrə məruz qalıb, öldürülüb və s. Holokost hər hansı bir ölkə ilə məhdudlaşmayıb, demək olar ki, bütün Avropa qitəsində baş verib. “Getto”, “soyqırımı”, “holokost” və digər sözləri, şübhəsiz ki, hər hansı siyasi mübahisədə istifadə olunan jarqonun bir hissəsinə çevirmək yersizdir”, - məktubda qeyd edilib.

Ravvinlər vurğulayıblar ki, bu terminlərin istifadəsi Holokost qurbanlarının yaşadıqları dəhşətli iztirablara kölgə salır: “Yəhudi xalqı hələ də tarixin ən böyük faciəsinin sözlə ifadə edilə bilinməyəcək ağrısını yaşayır”.

Bildirilib ki, bu məktubu Ermənistan xalqını təmsil edən bütün aidiyyəti dövlət qurumları nəzərə almalıdır.

Din xadimləri Ermənistanın İranla əməkdaşlığından məyus olduqlarını da vurğulayıblar: “Ermənistan hökumətinin daim açıq şəkildə İsraili məhv etməyə çağıran İran İslam Respublikasının hakimiyyət orqanları ilə əməkdaşlığından dərin məyusluğumuzu bildirmək istərdik”.

Qeyd edək ki, son günlərdə Avropa və ABŞ-dan olan 20-dən çox ravvin, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yəhudilərin dini KİV-ləri artıq erməni təbliğatının Azərbaycan əleyhinə Holokost mövzusundan istifadəsinə qarşı çıxıblar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  2. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  3. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  4. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  5. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  6. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  7. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  8. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  9. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  10. Argentinada 6 maqnitudalı zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?