azadses.az » Siyasət » “Fransa Senatının qətnaməsi Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq”

“Fransa Senatının qətnaməsi Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq”

“Fransa Senatının qəbul etdiyi qətnaməni qınayıram və hesab edirəm ki, bu addım Fransa-Azərbaycan münabətlərinə xələl gətirəcək”.

''Azad Səs'' xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

A.Qasımlı bildirib ki, Azərbaycan ərazisində, məhz Qarabağda Rusiyanın hərbi kontingentinin olması faktını nəzərə alaraq Fransa Senatının bu qərarı yalnız Rusiyanın maraqlarına xidmət edəcək: “Bu qərar Fransa prezidenti tərəfindən təsdiq edilərsə, həm Rusiyanın mövqeyini gücləndirəcək, həm Minsk Qrupunun tabutuna vurulacaq son mıx olacaq. Belə olan təqdirdə də bunun nə Fransaya, nə Azərbaycana, nə də iki dövlət arasında münasibətlərə xeyri olacaq. Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan artıq bu qətnamənin təsdiq edilməsinin əleyhinə çıxıb. Ümid edirəm ki, Fransa prezidenti Senatın yanlışlığını düzəldəcək və bu qətnaməyə imzasını atmayacaq. 10 gün əvvəl Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zaxari Qrossun dəvəti əsasında görüşümüz və fikir mübadiləmiz oldu. Mənim mövqeyim dəyişməz olaraq qalır və açıqdır: Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazaları və sülhməramlıları olmamalıdır. Azərbaycan Qərblə də, Rusiya ilə də, bölgəmizdə yerləşən digər ölkələrlə də dostluq və mehriban qonşuluq münasibətlərini saxlamağı bacarmalıdır. Bunun yanında Azərbaycanın inkişaf yolunu avrointeqrasiyada görürəm. Lakin istəmədiyimiz oldu və hazırda Qarabağda Rusiya faktoru daha real gücə çevrildi. Belə olan təqdirdə Rusiyanın mövqeyini daha da gücləndirməkdən çəkinmək lazımdır. Digər tərəfdən Qarabağ erməniləri coğrafi və digər amilləri nəzərə alaraq heç vaxt müstəqil ola bilməzlər. Fransa Senatının qərarından sonra Belçika parlamenti də eyni addımı atmağa hazırlaşır. Bunlar hamısı xarici siyasətimizdə və diplomatiyamızdakı səhvlərin nəticəsidir. Hər çıxışda, hər müsahibədə, hər bəyanatda, hər davranışda Qərb ölkələri tənqid edilir. Elçibəy iqtidarı Rusiya və İranla münasibətləri korlamaqda ittiham edilir, lakin bundan daha böyük səhv indi edilir – dünyanın ən qüdrətli ölkələri, müstəqilliyimizə qarant olacaq dövlətlərlə münasibətlərimizi korlayırıq. Rusiyanın hərbi kontingentini Azərbaycan torpaqlarına buraxmaqla həm müstəqilliyimizi təhdid altına atmış olduq, həm Qarabağın qondarma rejiminin tanınmasının qapısını araladıq. Sadə həqiqəti qəbul etməliyik ki, müstəqil dövlətin ərazisində heç bir ölkənin "sülhməramlıları" olmur və əgər onlar varsa, demək sən onların olduğu əraziyə nəzarət etmirsən. Sabah xoşagəlməz hadisələr baş verdikdə "bizi dünyada sevmirlər" tezisinin heç bir işə yaramacacağını Xalq olaraq biz indidən bilməliyik. Hansısa xarici ölkəyə sığınmaqdansa, Xalqın həqiqi və səmimi birliyinə, Xalq hakimiyyətinə sığınmalıyıq, şəxsi hakimiyyət deyil, ölkə maraqları nəyi tələb edirsə, onu etməliyik”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?