Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşdü
- 19-03-2023, 17:23
- Siyasət
Fransa Prezidenti Emmanuel Makronun reytinqi ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatlarından xalqın narazılığına görə 28%-ə düşüb.
Bunu bazar günü dərc olunan IFOP sosioloji xidmətinin sorğusunun nəticələri sübut edir.
Məlumata görə, Makronun prezident kimi fəaliyyətindən razı qalan fransızların sayı son bir ayda 4 faiz bəndi azalıb.
Sosioloji xidmətin nümayəndəsi Frederik Dabi hesab edir ki, dövlət başçısının aşağı reytinqi “cəmiyyətdə qeyri-populyar pensiya islahatının qarşılığıdır”. Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 29%-ə düşüb ki, bu da onun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə gəlişindən bəri ən aşağı göstəricidir.
Sorğu martın 9-dan 16-dək aparılıb və burada 18 yaşdan yuxarı 2000-ə yaxın insan iştirak edib.