Britaniya Makronu nüvə silahı ilə bağlı fikirlərinə görə tənqid etdi
- 14-10-2022, 15:16
- Dünya
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransa Prezidenti Emmanuel Makronu nüvə silahı ilə bağlı səsləndirdiyi fikirlərinə görə tənqid edib.
Belə ki, Makron açıqlamasında bildirib ki, Ukraynada taktiki nüvə silahının istifadəsi halında cavab reaksiyası kimi ölkəsinin hərbi doktrinası nüvə silahı tətbiq etməyin mümkünlüyünü nəzərdə keçirmir.
“Bu bəyanat prezident Makronun kartlarını ortaya qoyur”, - deyə Uolles jurnalistlərin Fransa liderinin sözlərini şərh edərkən deyib.
Britaniya nəşrinin NATO-dakı mənbəyi Uolleslə razılaşaraq bildirib ki, Makronun sözləri “çəkindirmə prinsiplərini” pozur. “Biz belə ssenarilərin təfərrüatına girmirik”, - deyə mənbə bildirib.
Makron Fransanın özündə də tənqid edilib. Onun prezidentlikdəki sələfi Fransua Olland (2012-2017) xatırladıb ki, nüvə silahından çəkindirmə prinsipi nüvə güclərinin kritik vəziyyətdə “nə edə biləcəkləri barədə heç nə deməmələri”nə əsaslanır