Makronla bağlı telefon zəngi ölkəni qarışdırdı
- 13-01-2022, 11:23
- Dünya
Fransalı siyasi şərhçi Nikolya Prize Yelisey sarayında həyatın sirlərindən bəhs edən sənədli filmində qeyd edib ki, anonim bir şəxs Prezident Emmanuel Makronun həyat yoldaşına zəng edərək ərinin kişi sevgilisi ilə görüşdüyünü deyib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə “Daily Mail” Fransanın BFM TV telekanalının nümayiş etdirdiyi filmə istinadən xəbər verir.
Senator Fransua Patria Bricit Makrona zəng edildiyini təsdiqləyib və bildirib ki, dövlət başçısı baş verənlərdən çox üzülüb.
“Nə deməyə çalışdıqlarını başa düşürsən? Heç cür xilas ola bilmirik! Bunu eşidəndə kədərləndim və sarsıldım, lakin biz davam edəcəyik”, – Patria Makronun reaksiyasından sitat gətirib.
Eyni zamanda, nəşr qeyd edir ki, naməlum şəxsin ölkənin birinci xanımının telefon nömrəsini necə təsadüfən əldə etməsi qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, məqalədə bildirilir ki, ölkədə seçkilər ərəfəsində məhz Makronun keçmiş müəllimi Bricitlə evliliyi ən çox müzakirə olunan mövzulardandır.