Medvedev Makronu sərt tənqid etdi: “Ayıb olsun, cənab Prezident!”
![](/uploads/posts/2022-10/medium/1665854891_fotojet-2022-10-15t205313_239.jpg)
Dmitri Medvedev bu barədə fikirlərini özünün “VKontakte” hesabında yazıb.
“Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur”, - Rusiyanın sabiq prezidenti qeyd edib.
Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:
“Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb. İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!”, - D. Medvedev hər iki dildə vurğulayıb.