ABŞ-da ağ əhalinin sayı ölkə tarixində ilk dəfə azalıb
Amerika Birləşmiş Ştatlarının əhalisi ölkə tarixində hər hansı dövrdən daha çox irqi və etnik çeşidlilik qazanıb.
“The Washington Post”un məlumatına görə, bunu ABŞ Siyahıyaalma Bürosunun məlumatları sübut edir.
Belə ki, 1790-cı ildən bəri ilk dəfə olaraq ölkədə ağ əhali azalıb. İspandilli olmayan vətəndaşların sayının 204,3 milyona düşdüyü təxmin edilir. Siyahıyaalmanın əsas meyarı iştirakçıların özünüidentifikasiyası olub. Bundan əlavə, ilk dəfə olaraq ağ əhalinin faizi 60-dan aşağı düşüb.
Eyni zamanda, özlərini fərqli irqlərin nümayəndələri kimi tanıdan insanların, həmçinin latın amerikalı və asiyalıların sayında əhəmiyyətli artım var. Brookings İnstitutundan demoqrafik araşdırmaçı Uilyam Freyə görə, 2045-ci ilə qədər ağ əhalinin nisbəti 50 faizə və ya daha da aşağı düşə bilər.