Nazir müavini: “Azərbaycanla Küveyt arasında dostluq münasibətləri bundan sonra da davam edəcək”
- 22-02-2023, 20:45
- Siyasət
“Azərbaycan və Küveyt - hər ikisi işğaldan əziyyət çəkib. Lakin tarixi ədalət bərpa olunaraq hər iki ölkə işğala son qoyub”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Küveytin Azərbaycandakı səfirliyin Küveytin Dövlət Müstəqilliyinin 62-ci və işğaldan azad edilməsinin 32-ci ildönümü münasibətilə keçirdiyi tədbirdə deyib.
O bildirib ki, Azərbaycanla Küveyt beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər.
“Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələr bundan sonra da yüksək səviyyədə davam edəcək”, - deyə o əlavə edib.