İsmayıl Hüseynov: "Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi qənaətbəxş deyil"
"Azərbaycanla Pakistan arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq, dostluq münasibətləri qurulsa da ticarət dövriyyəsi qənaətbəxş deyil".
"Report" xəbər veirr ki, bunu Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının prezidenti Khurram Bhatti ilə görüşən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
İ. Hüseynov Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəyinə, iqtisadi və ticarət münasibətlərinin də qısa zaman kəsiyində genişlənəcəyinə ümidvar olduğunu bildirib.
DGK sədrinin birinci müavini Azərbaycanla Pakistan arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən mənəvi dəstəyi bunun bariz nümunəsi kimi qiymətləndirib. Komitə sədrinin birinci müavini qarşılıqlı əməkdaşılığın güclənməsində iki ölkənin dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rol oynadığını bildirib.
Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının prezidenti Khurram Bhatti səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasındakı münasibətlərdən məmnunluqla bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə ticarət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Dövlət Gömrük Komitəsi ilə Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatası arasında daimi işçi qrupun formalaşdırılması, əlaqələrin daha da gücləndirilməsi qərara alınıb.