azadses.az » Siyasət » Azərbaycan və Rumıniya arasındakı münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Azərbaycan və Rumıniya arasındakı münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib - FOTO

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, sabiq Baş nazirinin müavini Ana Birçal, sabiq xarici işlər naziri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) hazırki baş katibi Lazar Komanesku, eləcə də digər qonaqlar iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov son 30 il ərzində Azərbaycan və Rumıniya arasında müxtəlif istiqamətlərdə inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Xələf Xələfov, bu xüsusda həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr və əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən nazir müavini Xələf Xələfov, iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük imkanların mövcudluğunu ifadə edib.

Daha sonra çıxış edən Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Vasile Soare Azərbaycan Respublikası ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini çatdırıb. Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmasını bildirən səfir Vasile Soare, 30 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf edən dostluq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib və bu xüsusda, 2009-cu ildə ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. 30 il ərzində iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edən münasibətlərdən məmnunluq ifadə edən səfir bu xüsusda iki ölkə arasında mövcud ali səviyyəli dialoqun əhəmiyyətini qeyd edib.

Tədbirdə həmçinin, Rumıniyanın sabiq Baş nazirinin müavini Ana Birçal, Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku çıxış edərək iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb, habelə Azərbaycan və Rumıniya arasında münasibətlərin inkişafına dair baxışlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı