azadses.az » Cəmiyyət » Üç ölkə prezidenti İlham Əliyevi təbrik etdi

Üç ölkə prezidenti İlham Əliyevi təbrik etdi

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bununla bağlı Prezident.az məlumat yayıb.


Məktubda deyilir:

“Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin rifahı və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətin və sıx dostluq münasibətlərinin davamlı inkişafını görmək çox xoşdur. İqtisadiyyat və turizm sahələrində əldə edilmiş nəticələr, apardığımız yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma iqtisadi əlaqələrimizin dərinləşməsi üçün yaxşı zəmin yaradır.

Əminəm ki, Monteneqro və Azərbaycan öz məqsədyönlü siyasətləri ilə regional və beynəlxalq səviyyələrdə getdikcə dərinləşən problemlərin həllinə bundan sonra da töhfələrini verəcəklər.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul edin”.

Eyni zamanda, Albaniya Respublikasının Prezidenti İlir Meta da dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Milli bayramınız - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ürəkdən gələn səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar gündə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin yüksək səviyyədə inkişafını qeyd etməkdən çox şadam. Həmçinin bildirmək istəyirəm ki, bizim birgə səylərimiz və iştirakımızla ikitərəfli əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf edəcək və güclənəcəkdir.

Məni iyun ayında ölkənizə səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, TAP və İAP layihələrinin Albaniyada uğurlu icrasına göstərdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm.

Xüsusilə bu gün Avropada təhlükəsizliyə, sabitliyə və sülhə açıq təhdidlərin olduğu bir vaxtda bu layihələr daha böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr ölkəmizi nəinki dünya enerji sisteminin mühüm seqmentinə, eləcə də regionun və Avropanın bu günü və gələcəyi üçün alternativ enerji mənbəyinə çevirib.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycana və onun xalqına daha böyük inkişaf və firavanlıq arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Bundan başqa, Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda qeyd edilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırır, bütün sahələrdə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Yunanıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə dialoq və əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Hər iki xalqın və bütövlükdə regionun rifahına xidmət edən qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyam.

Milli bayramınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bir daha ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı