Küveyt əmirinin oğlu ölkənin baş naziri oldu
Küveyt əmirinin oğlu Əhməd Navaf əl-Əhməd əs-Sabah dövlət başçısının sərəncamına əsasən, ölkənin baş naziri vəzifəsinə təyin edilib.
Təyin edilmiş hökumət başçısına yeni kabineti formalaşdırmaq və yeni nazirlərin siyahısını təsdiq olunmaq üçün dövlət başçısına təqdim etmək tapşırılıb.
Əhməd Navaf əl-Əhməd əs-Sabah 1956-cı ildə anadan olub. O, siyasi karyerasına Daxili İşlər Nazirliyində başlayıb və atası Küveyt əmiri olduqdan sonra Milli Qvardiyanın rəis müavini təyin edilib. Əvvəlki hökumətdə Şeyx Əhməd baş nazirin müavini vəzifəsində çalışıb.