azadses.az » Siyasət » Sergey Strokan: “Ermənistan-Azərbaycan nizamlanması perspektivi bəzilərinin xoşuna gəlməyib” - ŞƏRH

Sergey Strokan: “Ermənistan-Azərbaycan nizamlanması perspektivi bəzilərinin xoşuna gəlməyib” - ŞƏRH

Sergey Strokan: “Ermənistan-Azərbaycan nizamlanması perspektivi bəzilərinin xoşuna gəlməyib” - ŞƏRH

“Cari il həyəcanlı notla başa çatır. Təbii ki, bu, hamının gözlədiyi nəticə deyil. Ümid var idi ki, ilin sonuna qədər Bakı ilə İrəvan böyük sülh müqaviləsi imzalayacaqlar”.

Bu barədə Rusiyanın tanınmış siyasi müşahidəçisi Sergey Strokan Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra ikinci “danışıq ili”nin yekunlarını Oxu.Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, bu məsələdə nəyin düz getmədiyini hər kəs özünəməxsus şəkildə cavab verə bilər.

“Ancaq görünür, əyləc mexanizmləri təcili işləməyə başlayıb, Ermənistan-Azərbaycan nizamlanması perspektivi kimlərinsə çox da xoşuna gəlməyib. Qarabağın hansısa xüsusi statusu ilə bağlı söhbətlər yenidən gündəmə gəlib, Azərbaycana qarşı qınaqlar yağır. Amma “Qarabağın statusu” ilə bağlı bütün məsələlər bir sual üzərində dayanır: Bu nə deməkdir? Müstəqil mikrodövlət? Bəs bunu kim tanıyıb, kim saxlayacaq? Bu barədə danışan insanlar sadəcə olaraq belə suallara cavab verə bilmirlər. Aydındır ki, bu, vəziyyəti silkələmək və bütün razılaşmaları pozmaq üçün bir növ “qarmaq”dır. Onların alternativ strategiyaları yoxdur”, - deyə politoloq izah etdi.

Ekspertin fikrincə, ilin mənfi yüklü əsas nəticəsi iki il əvvəl üç dövlətin - Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların aşınması olub.

“Dünən Nikol Paşinyan Rusiyanı da ittiham etdi ki, rusiyalı sülhməramlılar Laçın yolunun açılması üçün heç bir tədbir görmür. Bu o deməkdir ki, “üçlük” “ikiliyə” çevrilir, çünki Moskva-Bakı əlaqəsi nəzərəçarpacaq dərəcədə güclü görünür. Ancaq təbii ki, Azərbaycanın sülhməramlı kontingentlə bağlı bəzi sualları ola bilər”, - deyə o vurğulayıb.

Politoloqun sözlərinə görə, bu il sülh sazişinin bağlana bilməməsinin səbəblərindən danışanda daha bir amil nəzərə alınmalıdır; Cənubi Qafqazda nizamlanma Rusiyanın xüsusi əməliyyatı (Ukraynadakı müharibə - red.) ilə bağlı sərsəm geosiyasi fonla üst-üstə düşdü (bu da Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqənin iflic olmasına gətirib çıxardı).

“Belə bir şəraitdə ATƏT və Avropa İttifaqı ilə oynaqlaşmaq (Ermənistan tərəfindən - red.), Qərb qüvvələrini regiona dəvət etmək cəhdi əlavə neqativ fon yaradır. Bu, həm Rusiya üçün çağırışdır, həm də heç bir xarici qüvvələrin cəlbini nəzərdə tutmayan 2020-ci ilin noyabrında əldə edilmiş razılaşmaları şübhə altına almaq istəyidir. İndi üçtərəfli razılaşmaların acı bağırsaq kimi uzanan gecikmiş təftişi aparılır, amma bunu edən nə Moskva, nə də Bakıdır”, - deyə Strokan sözlərini yekunlaşdırdı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?