azadses.az » Dünya » Rusiya Təhlükəsizlik Şurasının eksperti: “Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır”

Rusiya Təhlükəsizlik Şurasının eksperti: “Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır”

“Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır. Artıq müharibə olub, sülh vaxtı gəlib çatıb”.

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Oxu.Az-a bildirib.

O, Vaşinqtonda ABŞ tərəfinin təşəbbüsü və ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın üçtərəfli görüşünü şərh edərkən bu fikirləri qeyd edib.

Nikiforov eyni zamanda Rusiyada və Ermənistanda son vaxtlar tez-tez səslənən “Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanması” fikrinə, həmçinin Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin və Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə açıq bəyanatlarına da münasibət bildirib. O, Qarabağda qalıb yaşamağa davam edəcək ermənilərin gələcək davranışları ilə bağlı da fikirlərini ifadə edib.

“İstənilən münaqişə diplomatik həll yolu ilə başa çatmalıdır, bu, başadüşüləndir. Ermənistan-Azərbaycan nizamlanmasında yekun nöqtə qoyulandan sonra Rusiya benefisiar olacaq.

Amma nəsil problemi də mövcuddur. Ermənilər və azərbaycanlılar bir-biri ilə az ünsiyyət saxlayıblar, müharibə ediblər. Ona görə də hesab edirəm ki, hüquqi statusdan deyil, mental statusdan, sosial-iqtisadi münasibətlərdən danışmaq olar.

Qarabağ Azərbaycandır, bir daha vurğulayacağam. Artıq müharibə olub, sülh vaxtı gəlib çatıb. Bəs insanların beynində Qarabağın hansı mental statusu formalaşacaq? Hər kəs bunu tam anlamı ilə dərk etmir. Qarabağda qalacaq ermənilərin gələcək nəsilləri özləri üçün yaşadıqları cəmiyyətin mental və sosial qavrayışını formalaşdırmalıdırlar. Bu, hüquqi faktor deyil, həmçinin ərazinin mülkiyyət məsələsi deyil – məhz bununla bağlı hər şey həll olunub”, - deyə ekspert qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı