İki deputatın “toqquşma”sı, qovğası...
Bu yazımızda Milli Məclisin iki “veteran” deputatı arasında soyuq münasibətlərin “qaynar” münaqişəyə keçməsi haqqında bəhs etməyə cəhd göstərəcəyik. Söhbət ali qanunverici orqanın deputatları Siyavuş Novruzov və Vahid Əhmədovdan gedir.
Mətbuatın, cəmiyyətin bu iki deputatdan hansını üstün tutduğuna dair mülahizələrdən uzaq bir şəkildə münasibətlərdəki gərginliyin kökünə getməyə çalışacağıq.
Siyavuş Novruzovla Vahid Əhmədovun arasında dərin uçurum var, amma buna şəxsi konflikt kontekstində səbəbiyyət vermək üçün əlimizdə tutarlı dəlillər yoxdur.
Yəni, qısası, iki deputat arasında hansı mübahisələr olub ki, bunu ictimai motivlərdə və ya siyasi rəqabət mühitində büruzə verirlər - xəbərimiz yoxdur.
Zamanla cənab Novruzov 1991-ci ilin mart ayında Azərbaycan Ali Sovetinin SSRİ-nin saxlanılmasının əleyhinə səs verən 43 deputatın “istiqlalçı deputatlar” adı ilə tanıdılmasına qarşı çıxıb.
Siyavuş müəllimin arqumenti belədir ki, həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub və onların hamısı ölkənin müstəqilliyinə səs verib.
“Sadəcə onlardan bir qismi sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinin əleyhinə səs veriblər” – cənab Novruzov çıxışlarının birində belə deyib.
Novruzov mətbuatdakı açıqlamalarında “istiqlalçı deputat”lara qarşı da “savaş” açıb, Hərçənd ki, onun ittihamı 43 nəfərin hamısı ilə bağlı deyil.
Həmin “istiqlalçı deputatlardan” biri də Vahid Əhmədovdur, indi də deputatdır, görünür ki, Siyavuş Novruzov açıqlamalarında həm onu, həm də indi başqa düşərgədə təmsil olunanları hədəfə alır.
Bir detala fikir vermək lazımdır, 2017-ci il aprelin 1-də Prezident İlham Əliyev Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsinə dair sərəncam imzaladı, lakin bir ay keçdikdən sonra “Yeni Azərbaycan” qəzeti Vahid Əhmədov haqqında sərt tonda bir məqalə yayımladı.
Siyavuş Novruzov həmin zamanlar YAP icra katibinin müavini idi və “Yeni Azərbaycan” qəzetinə də əli rahatlıqla çatırdı, hərçənd müəyyən etmək çətindir - bu məqalə Siyavuş Novruzovun istəyi ilə çap olunmuşdu ya yox! Əlimizdə fakt olmadığı üçün biz heç bir versiyanın üzərində dayana bilmirik.
Məntiq isə bunu deyir ki, Vahid Əhmədovun Prezident tərəfindən mükafatlandırılması hakim partiyada kimlərinsə xoşuna gəlməmişdi.
İkinci detal: Həmin zamanlar qəzetin baş redaktoru Hikmət Babaoğlu (Məmmədov idi), bizdə olan məlumata əsasən, Vahid Əhmədov həmin məqalə ilə bağlı Hikmət müəllimə iradını bildirəndə, ikinci “mənlik bir şey yoxdur” deyib.
Bunları bir detal kimi xatırlatdım, birinci detal fakt, ikincisi isə bizdə olan məlumatdır, indi oxucu özü nəticə çıxara bilər.
Milli Məclisin oktyabrın 11-də keçirilən iclası da iki deputatın ad çəkmədən bir-birinə qarşı “söz atmaları” ilə yadda qaldı.
Siyavuş Novruzov “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı yenidən “istiqlalçı deputatlar” məsələsini gündəmə daşıdı, Vahid Əhmədov isə üstündən yarım saat keçdikdən sonra ona cavab verdi.
Cənab Əhmədov isə sanki içindəkini “partlatdı”, özü də ad çəkmədən fikrinə “burada bəziləri deyir ki...” cümləsi ilə başladı.
Vahid Əhmədovun arqumenti budur ki, həmin zamanlar çox həssas və çətin siyasi şərtlər şəraitində bir sıra deputat SSRİ-nin əleyhinə səs veriblər, cənab deputat qeyd edir ki, indi onları alçaltmaq düzgün deyil.
“Sonradan kim mövqeyini dəyişib, bunun məsələyə dəxli yoxdur, hərənin bir taleyi var. Amma həmin zaman cəsarət göstərərək SSRİ əleyhinə səs veriblər”, - deyə Vahid Əhmədov cavab verir.
Hə... Bir məsələni da yaddan çıxarmayaq. Vətən müharibəsi başlamazdan dörd ay öncə, Vahid Əhmədov parlamentin iclasında Müdafiə Nazirliyini tənqid etmişdi, buna isə Siyavuş Novruzov cavab vermişdi. Vahid Əhmədovu təxribatda təqsirləndirmişdi.
Bəlkə də, başqa məqamlar da var, lakin iki deputat arasında baş vermiş qeyd edilən “toqquşmalar” da onların arasında qovğa olmasını göstərir...
Aqşin Kərimov