Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər - FOTO
- 15-11-2022, 16:22
- Siyasət
Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər.
“Report”un yerli bürosunun məlumatına görə, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.
Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.
Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər.
Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.
Əraziyə polis əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, bu gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Senatın altı üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.
Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.