Fransa parlamentində hökumətə etimadsızlıq səsverməsi keçirilə bilər
Fransa parlamentinin aşağı palatasında solçular ölkənin hazırkı hökumətinə etimadsızlıq səsverməsi keçirmək niyyətindədirlər.
Bunu Fransa Sosialist Partiyasının rəhbəri Olivye For özünün “Twitter” səhifəsində yazıb.
Yerli mətbuat müvafiq təşəbbüsə Fransa Kommunist Partiyası və “yaşıllar”ın da qoşulacağını bildirib.
Qeyd olunub ki, solçu koalisiya hazırda 151 mandata sahibdir. Halbuki, prosedura başlamaq üçün 58 imza kifayətdir. Uğurlu səsvermə üçün isə ən azı 289 deputatın dəstəyi lazımdır.
Məlumat üçün bildirək ki, Fransa Milli Assambleyanın 577 deputatı var. Onlardan 250-si prezident tərəfdarı olan çoxluğu təmsil edir.