Dörd qurum birlikdə məlumatlandırıcı seminar keçirdi - FOTO
Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Səhiyyə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dünya Bankının təşkilatı dəstəyi ilə “Elektron səhiyyə və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə texniki yardım” adlı məlumatlandırıcı seminar keçirilib.
Aidiyyəti qurumların, habelə elmi dairələrin və inkişaf tərəfdaşlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin və təminatçının ödəniş sistemi və elektron səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair təqdimatlar və müzakirələr aparılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri əvəzi Səidə Bağırlı müasir dünyada səhiyyə sisteminin rəqəmsallaşmasının vacibliyini vurğulayıblar.
Onların sözlərinə görə, məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Belə ki, tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarəolunması və digər bazalarla mübadiləni təmin etmək əslində səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır.
Məlumatlandırıcı seminar öz işini panel sessiyalarla davam etdirib.
Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyovun moderatorluğu ilə “Azərbaycanda e-səhiyyə üzrə tələb olunan qanunvericilik dəyişikləri ilə bağlı seçimlər” mövzusunda panel sessiya keçirilib. R.Hacıəlibəyov vurğulayıb ki, ümumi məqsəd vətəndaşları ölkənin bütün bölgələrində keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin etməkdir:
“Buna da müasir zamanda elektron səhiyyədə yüksək texnologiyaları tətbiq edərək nail olmaq mümkündür. Bunun üçün rəqəmsal səhiyyə proseslərinin həyata keçirilməsini təmin etmək və tibbi xidmətlərin təkmilləşdirilməsi üçün qanunvericilik bazasında dəyişiklərin aparılması zəruridir”.
Sessiyada Dünya Bankının rəqəmsal səhiyyə üzrə baş mütəxəssisləri Piter Ross, İsa Əliyev və Pərviz Əhmədov təqdimatlarla çıxış ediblər. Ekspertlər tibbi iddiaların idarə edilməsi sisteminin təhlilinə dair nəticələri və Azərbaycan səhiyyə sistemində rəqəmsal verilənlərin mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim ediblər. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət şöbəsinin müdiri Elçin Qədirov, İTSDA-nın Hüquq departamentinin rəhbəri Aysel İbayeva və digərləri seminar iştirakçılarının suallarını cavablandırıb.
“Təminatçının ödəniş sistemi: Azərbaycan üzrə diaqnostika və tövsiyələr” adlı panel sessiyada Dünya Bankının təminatçının ödəniş sistemi üzrə baş mütəxəssisləri Kristina Kahur, Andres Raunnamae və Aleksandr Katsaqa təqdimatlarla çıxış ediblər. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.