Baş nazir qərar imzaladı
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Komissiya sədrinin müavini
Müdafiə nazirinin müavini
Komissiyanın üzvləri
Daxili işlər nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Ədliyyə nazirinin müavini
Səhiyyə nazirinin müavini
Təhsil nazirinin müavini
Gənclər və idman nazirinin müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini.