azadses.az » Siyasət » Milli Məclisdə TƏBİB-dən narazılıq edildi: “TƏBİB yaranandan sonra bir əməliyyat belə aparılmayıb”

Milli Məclisdə TƏBİB-dən narazılıq edildi: “TƏBİB yaranandan sonra bir əməliyyat belə aparılmayıb”

“Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər dəymiş 36 evin bərpa və təmiri ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar iş aparır. Bu qurumlara təşəkkür edirəm”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Arzu Nağıyev bildirib.
 
A. Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib: “Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addımın atılması yaxşı olar”.
 
Millət vəkili diz implantı məsələsinin də aktual olduğunu söyləyib: “TƏBİB yaranana qədər hər il 600-ə qədər insan pulsuz belə əməliyyatla təmin edilirdi. TƏBİB yaranandan sonra bir əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.
 
Komitə sədri Musa Quliyev isə Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib.
 
“Bir çox problem icbari sığorta sistemi çərçivəsində həll olunacaqdı. Bura ürək əməliyyatlarının pulsuz həyata keçirilməsi və bu gün burada qaldırılan digər məsələlər daxildir”.
 
Bunu isə millət vəkili Soltan Məmmədov bildirib.
 
S. Məmmədov deyib ki, icbari sığorta ilə bağlı pilot layihələr həyata keçirilirdi, icbari tibbi sığortanın mərhələli tətbiqi nəzərdə tutulmuşdu: “Sadəcə, pandemiya dövrü bir sıra problemlərin yaranmasına səbəb olub: “Bununla bağlı dinləmələr də təşkil edilə bilər. İcbari Tibbi Sığorta Agentliyi uğurla fəaliyyət göstərir, TƏBİB də bu qurumun tərkibinə daxildir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Hacıqabulda altı fermadan oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb
  2. Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə prokurorluqda araşdırma aparılır - YENİLƏNİB - 2
  3. Qaradağda iki yük avtomobili toqquşub, xəsarət alan var
  4. Bakıda avtomobil 43 yaşlı qadını vurub
  5. Bakıda sərnişin hərəkətdə olan avtomobildən yıxılaraq xəsarət alıb
  6. Xətai rayonunda gənc sürücü yol qəzasında xəsarət alıb
  7. Səbaildə avtomobillər toqquşub, yaralanan var
  8. Səbaildə 33 yaşlı kişini avtomobil vurub
  9. Binəqədidə avtomobillər toqquşub, yaralanan var
  10. Biləsuvarda yolu keçən 4 yaşlı uşağı avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 102 120 məzun üçün “Son zəng” çalınacaq
Bu gün 102 120 məzun üçün “Son zəng” çalınacaq
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. “Report” xəbər verir ki, 2023-2024-cü tədris Ətraflı
Tədqiqat: Kosmik tullantılar Yerin ozon qatını məhv edə bilər
Tədqiqat: Kosmik tullantılar Yerin ozon qatını məhv edə bilər
Cənubi Kaliforniya Universitetinin amerikalı alimləri belə qənaətə gəliblər ki, kosmik tullantılar Yerin ozon təbəqəsini məhv Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”