azadses.az » Cəmiyyət » Səhiyyə Nazirliyində ÜST-ün Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Səhiyyə Nazirliyində ÜST-ün Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Səhiyyə Nazirliyində sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, nazir Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klügenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-ün baş direktoru Tedros Gebreyesus tərəfindən də yüksək qiymətləndirilib.

Teymur Musayev həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son beş ildə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlər görülüb. Vurğulanıb ki, Azərbaycanda ilkin səhiyyə xidmətinin (İSH) gücləndirilməsi ÜST üçün dəyişməz prioritetdir.

Bundan əlavə, ÜST-ün ölkəmizdəki nümayəndəliyi Azərbaycan hökumətinə COVID-19-a hazırlıq və cavab tədbirləri, infeksiyaların qarşısının alınması və nəzarəti, təcili tibbi yardım sistemi, fövqəladə hallarda psixi sağlamlıq və psixososial dəstək və s. kimi sahələrdə dəstək verir.

Qeyd edək ki, ÜST-ün Qiymətləndirmə Missiyasının məqsədlərinə Azərbaycanda səhiyyə işçi qüvvəsinin inkişafı; ilkin səhiyyə xidməti sahəsində ÜST-ün dəstəyinin uğurlu planlaşdırılmasının təmini; səhiyyə sisteminin müxtəlif strukturlarının və funksiyalarının kontekstini və resurslarını təhlil etmək; davam edən “Azərbaycandakı İlkin Səhiyyə Xidməti üzrə Nümayiş layihəsi” üçün tövsiyələr vasitəsilə ölkəmizdə ilkin səhiyyə xidmətinin gələcək təşkili ilə bağlı baxışlara töhfə vermək; dövlət və özəl xəstəxanalara ziyarət edərək, xəstəxana xidmətlərinin göstərilməsini qiymətləndirmək və s. daxildir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”