Avstriya lideri qiymətlərin artımına etiraz edənlərlə həmrəy olduğunu bəyan etdi
- 17-09-2022, 22:23
- Siyasət
Avstriya Prezidenti Aleksander Van der Bellen ölkəsində qiymət artımı ilə bağlı etiraz keçirənlərin narazılığını bölüşdüyünü bəyan edib.
Avstriya Prezidenti bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Bu gün Həmkarlar İttifaqları Federasiyasının təşəbbüsü ilə inflyasiya əleyhinə nümayişlər keçirilir. Federal Prezident kimi mən nümayişlərə getmirəm, lakin vətəndaşlarımızın narahatlığı bölüşürəm. Həddindən artıq inflyasiya və onun doğurduğu nəticələr işçiyə böyük çətinliklər yaradır”, - Van der Bellen qeyd edib.