Ermənistan prezidentinin səlahiyyətlərinə rəsmən xitam verilib
Parlament sədrinin müvafiq protokolu dərc etməsindən sonra Ermənistan prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi xitam verilib.
Bu barədə qanunverici orqanın saytında bildirilib.
Ermənistan prezidenti yanvarın 23-də istefa verdiyini bəyan edib. Sarkisyan bəyan edib ki, onun bu qərarı daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
Qeyd edilir ki, respublikada növbədənkənar prezident seçkiləri vakant yer açıldıqdan sonra 25-35 gün ərzində keçirilir. Həmin vaxta qədər parlamentin spikeri dövlət başçısı kimi fəaliyyət göstərəcək.
Mənbə: RİA Novosti