Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək
![](/uploads/posts/2022-02/medium/1643947915_e8174317-b26d-3a19-9adc-944354028ade_850.jpg)
"Report" bu barədə TASS-a istinadən xəbər verir.
Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub.
Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib.
Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək.