Türkiyədə dövlət qulluqçularının məvacibləri artırılıb
Türkiyədə dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Bu barədə CNN Türk-ə müsahibə verən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Hökumət və həmkarlar ittifaqları arasında aparılan danışıqlar nəticəsində qeyd olunan kateqoriyadan olan şəxslərin minimum əməkhaqları 1217 lirə artırılaraq 4100 lirəyə (817 manat) çatdırılıb.
Dövlət başçısının sözlərinə görə, məvacib artımı dövlət orqanlarında çalışan 700 mindən çox işçiyə şamil ediləcək.