Ceyhun Bayramov Pakistana səfər edəcək
- 11-01-2021, 16:11
- Siyasət
Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.Report