Rusiya və Ukrayna arasında danışıqlar bu şəhərdə aparılacaq
Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski təsdiqləyib.
“Sözün həqiqi mənasında saat 15:00 radələrində biz danışıqların təsdiqini aldıq, danışıqlar təklif etdiyimiz kimi Qomel vilayətində keçiriləcək”, - o, Rusiyanın Minskdəki səfirliyində bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Minskdən Qomelə yola düşür.