Rusiya və Ukrayna görüşü başa çatdı - Yenilənib
Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, hazırda David Araxamia və Vladimir Medinski arasında təkbətək görüş keçirilir.
***
Tərəflər arasında geniş tərkibdə görüş başlayıb.
Bildirilir ki, Medinski-Araxamia görüşü təxminən 1 saat davam edib.
***
“TRT Haber”in məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Danışıqlar 3 saatdan çox davam edib.
Müzakirələrin sabah da davam etdiriləcəyi gözlənilir.