azadses.az » Siyasət » Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

Aİ-nin xüsusi nümayəndəsi: “Azərbaycanla Ermənistan arasında hərtərəfli nizamlanma lazımdır”

“Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq tapşırılması qərara alınıb”.

“Report” xəbər verir ki, bunları Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.

“Müqaviləyə nələrin daxil olub-olmayacağını sadalamaq istəməzdim. İkitərəfli sülh müqaviləsinin məzmununu razılaşdırmaq yenə də son nəticədə tərəflərdən asılıdır. Mən öz tərəfimdən, şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının xeyrinə bizim hamının bildiyi mövqeyimizi təkrarlaya bilərəm. Biz Ermənistanla Azərbaycan arasında regionun gələcəyi ilə bağlı fikir ayrılıqlarından xəbərdarıq. Bu, dəfələrlə ictimaiyyətə bəyan edilib”, - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib.

“Ümid edirik ki, hər iki tərəf regiondakı münaqişənin səhifəsini çevirə və sülh danışıqlarında konstruktiv iştirak edə biləcəyik. İkinci üçtərəfli görüş zamanı Aİ tərəflərə bu istiqamətdə hərəkət etməyə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Bildiyiniz kimi, sədr Şarl Mişelin bəyanatında 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq aprelin sonunadək birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Onun mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd boyu və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq. Prezident Şarl Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib”, - Toyvo Klaar əlavə edib.

“Göründüyü kimi, onun bəyanatında Ermənistanla Azərbaycan arasındakı ikitərəfli sərhədə açıq şəkildə istinad edilir. Bununla belə, ümumiyyətlə hesab edirik ki, 30 ildən artıqdır davam etmiş münaqişənin əsasında duran bütün məsələlərin həlli üçün hərtərəfli nizamlanma lazımdır.

Aprelin 6-da elan olunduğu kimi, Ermənistan və Azərbaycan liderləri xarici işlər nazirlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırmaq barədə razılığa gəliblər. Ona görə də başa düşürük ki, bu danışıqlar ilk növbədə iki ölkənin xarici işlər nazirləri tərəfindən aparılacaq və biz gələcək hərtərəfli həlldən danışdığımız üçün inanırıq ki, bir çox digər departamentlərin və tərəflərin nümayəndələrinin iştirakı tələb olunacaq”, - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vurğulayıb.

O, qeyd edib Polşanın rəhbərliyi ilə ATƏT də Avropa Şurası prezidentinin himayəsi altında Ermənistan və Azərbaycan liderlərinin görüşünü, həmçinin mümkün sülh sazişi prosesinin başlanmasını alqışlayıb: “Fəaliyyətdə olan sədr həmçinin Cənubi Qafqazda sabit və sülh şəraitində vəziyyətin təmin edilməsi üçün bütün səylərə töhfə verməyə hazır olduğunu bildirib. Aİ Brüsseldə keçirilən ikinci üçtərəfli görüşə və onun nəticələrinə dəstək olaraq verilən bütün müsbət bəyanatları alqışlayır.

Birgə Sərhəd Komissiyasına gəlincə, xatırlatmaq istərdim ki, sədr Mişelin bəyanatında aprelin 6-da Brüsseldə əldə edilmiş öhdəliklərin və razılaşmaların 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olduğu açıq şəkildə qeyd edilir.

Aİ təbii ki, qonşuluğunda təhlükəsizlik, sabitlik və firavanlığın olmasında maraqlıdır, mən inanıram ki, bizim səylərimiz bütün əhalinin rifahı naminə regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə istənilən digər öhdəlikləri tamamlayır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?