“Azərbaycan Ermənistanla davamlı sülh istəyir”
“Azərbaycanla məsləhətləşmədən heç bir addım atmadıq. Azərbaycan da bizim Ermənistan ilə birbaşa təmasda olmağımıza üstünlük verir”.
“Azadsəs.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”in canlı efirində deyib.
“Cənubi Qafqazda problem Azərbaycanın Qarabağ qələbəsi ilə sona çatdı. İndi sülh, əməkdaşlıq olmalıdır. Bölgədə önəmli layihələr həyata keçirərək regionun inkişafı üçün səy göstərməyimiz lazımdır. Bunun üçün də hər kəsin bu prosesin içində olması lazımdır. Ermənistan da daxil olmaqla, heç kim kənarda qalmamalıdır. Qarabağ qələbəsindən yaranan bir dərs və imkan var.
Biz zəfərdən dərhal sonra müsbət mesajlar verdik. Paşinyan seçkilərdə qələbə qazandıqdan sonra önəmli mesajlar verdi. Prezidentimiz də buna müsbət cavablar verdi. Ölkələrimiz xüsusi nümayəndələr təyin etdi və onlar Moskvada görüşdülər. İndi də fevralın 24-ü Vyanada görüşəcəklər. Azərbaycan da Ermənistanla davamlı sülh istəyir”, - deyə Çavuşoğlu söyləyib.