Ceyhun Bayramov alman həmkarı ilə Ukraynanı müzakirə etdi
- 29-03-2022, 18:18
- Siyasət
Xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Beerbokla görüşüb.
Bu barədə “Azadsəs.az”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı cari ildə iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunmasına istinad edilib, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə dair məlumat verib, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb. Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.