Aİ-dən sərhəddə baş verənlərlə bağlı - Bəyanat
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sərhəd bölgəsində baş verən son qarşıdurmalarla bağlı bəyanat yayıb.
“Azadsəs.az”ın məlumatına görə, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell açıqlama verib.
O, iki ölkə sərhədində insan itkisinə səbəb olan münaqişələrdən narahat olduqlarını bildirilib.
Qeyd olunub ki, Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonda vəziyyəti müzakirə edib.
Bəyanatda Aİ Ermənistan və Azərbaycanı təmkinli olmağa, qurudakı qüvvələrini bir-birindən uzaqlaşdırmağa, əvvəllər imzalanmış üçtərəfli sazişlərə hörmət etməyə və sərhədlərin demarkasiyası səyləri də daxil olmaqla, problemlərin hərtərəfli həlli üçün danışıqları davam etdirməyə çağırıb.